...

Dörd ölkə arbitri Bakıda keçiriləcək UEFA Regional Kubokunda iştirak edəcək

Cəmiyyət Materials 6 Aprel 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Aprelin 25-də Bakıda başlayacaq UEFA Regional Kubokunun seçmə turnirində dörd arbitr briqadası iştirak edəcək.

AFFA-dan Trend ə verilən məlumata görə, paytaxta baş hakim Vladislava Bezrodovun simasında rusiyalı münsiflər və laysmen Yevgeniya Turbin, Türkiyənin nümayəndəsi İsmet Arzuman və Serkan Ok gələcəklər. Meydan sahiblərini isə Ceyhun Haşımov və Roman Vasilev təmsil edəcəklər.

Bununla bərabər, hələlik 4-cü münsiflər briqadası müəyyən olunmayıb və o da yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, azərbaycanı həvəskarları Əli Bayramlının "Şirvan" klubu təmsil edəcək. Onları isə İsveçrə, Gürcüstan və Serbiyadan olan rəqibləriylə yarış gözləyir. Qrupun qalibi yarışın final mərhələsinə çıxacaq.

Xəbər lenti

Xəbər lenti