...

Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək

Cəmiyyət Materials 9 Aprel 2007 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycan ərazisində aprelin ikinci ongünlüyünün əvvəllərində hava şəraiti qeyri-sabit və dəyişkən keçəcək. Bu barədə bazar ertəsi Trend ə eksklüziv açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə əksər ərazilərdə fasilələrlə yağış yağacaq, gecə saatlarında intensivləşəcək. U.Tağıyeva bildirib ki, ötən həftəyə nisbətən havanın temperaturu üç-dörd dərəcə düşəcək. Yağıntılı hava şəraiti Azərbaycan çaylarında suyun səviyyəsini artıracaq.

Xəbər lenti

Xəbər lenti