...

"Bakıelektrikşəbəkə" zərərçəkmiş şəxs qismində tanınıb

Cəmiyyət Materials 9 Aprel 2007 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə bu gün hakim Sədrəddin Hacıyevin sədrliyi ilə"Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin prezidenti Hüseyn Arabul və şirkətin daha 7 əməkdaşı barəsindəki cinayət işi üzrə hazırlıq iclası başa çatıb. Vəkil Vüqar Xasayev bazar ertəsi Trend ə bildirib ki, məhkəmə vəkillərin cinayət işinə xitam verilməsi, təqsirləndirilənlərdən bəziləri barəsində həbs qəti-imkan tədbirinin dəyişdirilməsinə dair vəsatətlərini təmin etməyib. Prokurorun "Bakıelektrikşəbəkə"nin zərərçəkmiş şəxs qismində tanınması barədə vəsatəti təmin olunub. İş üzrə məhkəmə baxışı aprelin 18-də başlayacaq.

Şirkətin prezidenti Hüseyn Arabula qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub və barəsində başqa yerə getməmək haqqında iltizam qəti-imkan tədbiri seçilib.

"Barmek"in əməkdaşları, vitse-prezident Ömər Günər İsmayıl, texniki departamentin direktoru Vəfa Ağayev, texniki əməliyyat departamentinin direktor əvəzi Mahir Novruzov, sabiq baş menecer Çingiz İbadov və maliyyə departamentinin rəisi Valeh Zeynalov, yüksək gərginlikli elektrik şəbəkələrinin istismarı idarəsinin rəisi Çingiz Abdullayev, rele mühafizə xidmətinin rəisi Əsgər Əsgərzadə CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs və digər qıti-imkan tədbirləri seçilib.

Xəbər lenti

Xəbər lenti