...

Müstəqil Azərbaycan Universiteti tələbələrinin iddiası baxılmamış saxlanılıb

Cəmiyyət Materials 11 Aprel 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Nərimanov rayon məhkəməsində hakim Elxan Babayevin sədrliyi ilə Müstəqil Azərbaycan Universiteti tələbələrinin iddiası üzrə bu gün proses keçirilib. Məhkəmədən çərşənbə günü Trend ə bildirib ki, məhkəmə iddianı baxılmamış saxlayıb. Belə ki, eyni iddia üzrə Binəqədi rayon məhkəməsi qətnamə çıxarıb və hazırda həmin qətnamədən apellyasiya şikayəti verilib. Şikayət isə Apellyasiya Məhkəməsinin icraatındadır.

MAU-nun tələbələri Təhsil Nazirliyinə və Müstəqil Azərbaycan Universitetinə qarşı təhsil hüquqlarının bərpa edilməsini və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzinin ödənilməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti