Türkiyədə Almas İldırımın adı əbədiləşdirilib
Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Türkiyənin Elazığ şəhərindəki bir küçəyə azərbaycanlı şair Almas İldırımın adı verilib.
Keçmiş adı Çətin olan küçənin adının dəyişdirilməsiylə bağlı keçirilən tədbirdə çıxış edən Elazığ Bələdiyyəsinin başçısı Süleyman Selmanoğlu sovet zulmündən qaçaraq Elazığa gələn Almas İldırımın şəhər əhalisi tərəfindən sevildiyini qeyd edib.
Süleyman Selmanoğlu Elazığ şəhərinin türk dünyasının dəyərləri, hədəfləri və istəklərinin müzakirə edildiyi şəhərə çevrildiyini söyləyib.
Öz çıxışında Almas İldırımın böyük şair və eyni zamanda türkçülük ideyasını daşıyan insanlardan biri olduğunu ifadə edən bələdiyyə başçısı onun adının Elazığda daim yaşadılacağını vurğulayıb.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq