...

Qadınlar ağır cinayətə görə ömürlük həbs cəzası ala bilərlər

Cəmiyyət Materials 17 Aprel 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı 17 aprel Trendlife müx. Vüqar İmanov/ Avropa ekspertlərinin rəyinə görə, ağır cinayət törətmiş qadınlara qarşı ömürlük həbs kimi "qəddar" cəza tədbiq etmək üçün Azərbaycanın Cinayət Məcəlləsi dəyişilməlidir. Onlar belə hesab edirlər ki, kimliyindən asılı olmayaraq qanun hamı üçün qanun olmalıdır. Bu təcrübə artıq bir neçə Avropa ölkəsində mövcuddur. Qadınlar üçün ömürlük həbs cəzası tətbiq etmək üçün Ali Məhkəmədən, Respublika Hərbi Prokrorluğundan, MTN və DİN nümayəndələrindən ibarət 10 nəfərlik xüsusi komissiya yaradılmalıdır. Bura Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası və başqa qurumlardan da nümayəndələr daxil olmalıdır. Bu haqda Trendlife n müxbirinə Ali Məhkəmənin hakimi Müzəffər Ağarzayev məlumat verib.

Hakimin sözlərinə görə, layihənin işlənib hazırlanması üçün Cinayət Məcəlləsində dəyişikliklər edilib, layihə sentyabr ayında Milli Məclisdə baxılacaq. Bundan sonra problemlə bağlı qərar qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti