...

Sabiq iqtisadi inkişaf naziri və "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidentinin işinə baxacaq hakim müəyyənləşib

Cəmiyyət Materials 18 Aprel 2007 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin barəsindəki cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin icraatına verilib. Bu barədə cərşənbə günü Trend ə məhkəmədən məlumat verilib.

İş üzrə 19 nəfər təqsirləndirilən şəxs qismində tanınıb. Onlara Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.1, 192.2 (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.2, 311.3.3 (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Fərhad və Rafiq Əliyevlərə qarşı Cinayət Məcəlləsinin 29,278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddəsilə ittiham bu işdən ayrılıb və həmin cinayət işinin istintaqı ayrı icraatda aparılır. Hazırda bu maddə ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. Həmin ittihamla istintaq başa çatandan sonra təqsirləndirilən sabiq səhiyyə naziri Əli İnsanov, Prezident Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev, Gəncənin sabiq polis rəisi Natiq Əfəndiyev və digərləri barəsində yenidən məhkəmə prosesi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti