...

Azərbaycanın Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi və Ali Məhkəməsi ilə bağlı iddia qaldırılıb

Cəmiyyət Materials 18 Aprel 2007 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Apellyasiya Məhkəməsi məhkəməyə verilib. Çərşənbə günü Hüquq Maarifçiliyi Cəmiyyətindən bildirilib ki, hüquqşünaslar İntiqam Əliyev və Ənnağı Hacıyevin adıçəkilən qurumlara qarşı iddiası üzrə hazırlıq iclası sabah Yasamal rayon məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə keçiriləcək. İddiaçılar cavabdehlər tərəfindən ədalətli məhkəmə araşdırması, informasiya almaq, səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozulduğunu iddia edirlər.

Cavabdehlərə qarşı iddianın qaldırılmasına əsas onların Vəkillər Kollegiyasına qarşı iddialarını qanunsuz olaraq qəbul etməkdən imtina edən hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müraciətlərinə cavabdehlərin baxmaqdan imtina etməsi olub.

Hüquqşünaslar onları Vəkillər Kollegiyasına üzv qəbul etməkdən imtina edən həmin qurumun Rəyasət Heyətinin qanunsuz qərarından 2005-ci ilin sonunda Nəsimi rayon məhkəməsinə şikayət veriblər. Məhkəmə ərizələri iddianın yolverilməzliyinə görə geri qaytarıb. Bu qərarı Apellyasiya məhkəməsi də qüvvədə saxlayıb.Ali Məhkəmənin ötən ilin sonunda verdiyi qərara görə, bu əsasla hüquqşünasların iddiasına baxmaqdan imtina onların ədalətli məhkəmə araşdırması hüququna müdaxilədir və iddiaları mahiyyəti üzrə baxılmaq üçün Nəsimi rayon məhkəməsinə qaytarılıb. Hüquqşünaslar hakimlərin intizam məsuliyyətinə cəlb olunması üçün bu ilin mart ayında adları çəkilən qurumlara müraciət ediblər. Onlar hakimlərin açıq-aşkar qanunsuz qərarları nəticəsində onların Avropa Konvensiyasının 6-cı maddəsi ilə qorunan ağlabatan müddətdə araşdırılması hüququnun pozulduğunu iddia edirlər.Hüquqşünaslar cavabdehlərin onların müraciətlərinə baxmaqdan imtinasının qanunsuz sayılmasını xahiş ediblər. Həmçinin informasiya sorğularına cavab verməkdən imtina edən Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının üzərinə sorğuları cavablandırmaq vəzifəsinin qoyulması istənilib.

Xəbər lenti

Xəbər lenti