...

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarında əlillərə güzəştlərin təqdim olunmasını qeyri-real hesab edir

Cəmiyyət Materials 18 Aprel 2007 13:34 (UTC +04:00)
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarında əlillərə güzəştlərin təqdim olunmasını qeyri-real  hesab edir

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə ali məktəblərə qəbul imtahanlarında fiziki çatışmazlıqları olan abituriyentlərə müəyyən güzəştlərin təqdim olunmasını qeyri-real hesab edir. Bilik müsabiqəsində hamı bərabərdir və müəyyən kateqoriyalı abituriyentlərə güzəştlərin təqdim olunması düzgün olmazdı. Bu barədə çərşənbə günü Abbaszadə mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, dövlət artıq qaçqın və məcburi köçkün abituriyentlərə ali məktəblərin ödənişli şöbələrində təhsil haqqından azad etməklə bir sıra güzəştlər təqdim edib. Komissiya rəhbəri hesab edir ki, qəbul imtahanlarında bir qrup abituriyentlərin tələb etdiyi kimi əlillər tərəfindən toplanmış bal səviyyəsinin azaldılması düzgün ola bilməz.

Xəbər lenti

Xəbər lenti