...

Avstriya Konstitusiya Məhkəməsinin nümayəndələri Azərbaycana gələcək

Cəmiyyət Materials 18 Aprel 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Avstriya Konstitusiya Məhkəməsinin sədr əvəzi xanım Bricit Birleyn sabah ölkəmizə səfər edəcək. Konstitusiya Məhkəməsindən çərşənbə günü verilən məlumata görə, avstriyalı qonaq səfərinin ilk günü Fəxri Xiyabanda Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Səfər ərzində Konstitusiya Məhkəməsində, Milli Məclisdə, Xarici İşlər, Ədliyyə nazirliklərində, Ali Məhkəmədə, Baş Prokurorluqda görüşlər keçiriləcək.

Xanım Birleyn miniatür kitab muzeyində, "Azər-İlmə" MMC-də olacaq, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertinə tamaşa edəcək.

Səfər aprelin 21-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti