...

Azərbaycanın sabiq səhiyyə nazirinin Hüquqlarını Müdafiə Komitəsinin sədri saxlanılıb

Cəmiyyət Materials 20 Aprel 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri Əli İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Rizvan Talıbov saxlanılıb. Bu barədə cümə günü Daxilli İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qonşusunu döydüyü üçün Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Talıbovun hərəkətlərində cinayət tərkibinin olub-olmaması araşdırılır. Mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, Talıbov barəsində qonşusu polisə şikayət ərizəsi ilə müraciət edib. Qonşusu Talıbovu ona qarşı xuliqanlıq hərəkətləri etməkdə suçlayır.

Sumqayıt Şəhər Polis İdarəsindən isə bildirilib ki, Talıbov barəsində həbs qəti-imkan tədbiri seçilib və xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.Araşdırmanı İdarənin istintaq şöbəsi aparır.

Xəbər lenti

Xəbər lenti