...

Yunan-Roma güləşi üzrə Avropa çempionatının ikinci günündə azərbaycanlı gülşəçilər uğursuz çıxış ediblər

Cəmiyyət Materials 20 Aprel 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı pəhləvanlar Sofiyada yunan-Roma güləşi üzrə keçirilən Avropa çempionatının ikinci günündə öz çıxışlarını erkən bitiriblər.

Trend in verdiyi məlumata görə, 60 kq-dək çəki dərəcəsində ötənilki qitə birinciliyinin bürüncü mükafatçısı Fuad Əliyev birinci görüşdə rusiyalı İ.Albiyevi məğlub edib. Görüşün əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb (6:6). Overtaymda isə həmyerlimiz daha güclü olub.

Lakin 1/8 finalda Fuad gürcü D.Bedinadzedən məğlubiyyat alıb. Bununla da həmyerlimiz çempionatda çıxışını dayandırmaq məcburiyyətində qalıb.

İlqar Abdulov ( 74 kq) isə püşkatmaya əsasən ilkin mərhələdə döyüşə çıxmayıb. Lakin bu, ona kömək etməyib. İdmançımız birinci görüşdə fransalı A.Xassliyə 4:6 hesabı ilə uduzub.

Beləliklə, çempionatın nəticələrinə əsasən azərbaycanlı "klassiklər" Rövşan Bayramovun ( 55 kq) səyləri hesabına yalnız bir qızıl medal qazana biliblər.

Xəbər lenti

Xəbər lenti