...

Ermənilər Azərbaycan ordusunun zabitinə qarşı 500 min dollarlıq iddia qaldırıblar

Cəmiyyət Materials 20 Aprel 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Ermənilər Macarıstanda erməni zabiti Qurgen Markaryanı öldürməkdə ittiham olunaraq ömürlük azadlıqdan mərhumetmə cəzasına məhkum olunmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ramil Səfərova qarşı 500 min dollarlıq iddia qaldırıblar və bu məbləğdə təzminat tələb edirlər. Bu barədə cümə günü Bakıda Ramil Səfərovun Hüquqlarının Müdafiəsi üzrə Koordinasiya Şurasının üzvü, millət vəkili Ayaz Quliyev məlumat verib.

Onun sözlərinə görə, ermənilər R.Səfərovun cərimələnməsini tələb edirlər.

R.Səfərov Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi hökmdən verilən şikayəti təmin etməyib və hökmü qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti