...

Azərbaycanın sabiq səhiyyə nazirinə 11 il iş verilib

Cəmiyyət Materials 20 Aprel 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Faiq Qasımovun sədrliyi ilə bu gün keçirilən iclasda sabiq səhiyyə naziri Əli İnsanova hökm oxunub. Məhkəmənin hökmü ilə sabiq nazir əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə məhkəmədən məlumat verilib.

Dövlət ittihamçısı məhkəmədən sabiq nazirə əmlakı müsadirə olunmaqla 12 il azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdi. Digər təqsirləndirilənlərdən Fəxrəddin Abbasova, Anar Namazova, Pərviz Kazımova 8, Fuad Mahmudova sınaq müddətinə 5, Vəkil Abbasova sınaq müddətinə 4, Akif Məhərrəmova10, Eldar Rzayevə 8, Hacı Əliyevə sınaq müddətinə 5, Şövqü Cəfərova sınaq müddətinə 5, Aleksandr Umyaşkinə10 il iş istənilmişdi.

Xəbər lenti

Xəbər lenti