...

Hüquq müdafiəçiləri AT ƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüblər

Cəmiyyət Materials 23 Aprel 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Alizadə/ Azərbaycanın Hüquq- Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri ATƏT-in Bakı ofisinin rəhbəri Joze Luis Herrero Ansola ilə görüşüblər. Bu barədə bazar ertəsi Bakıda Monitorinq Qrupunun üzvü, Novella Cəfəroğlu məlumat verib. Görüşdə Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət, mətbuatın durumu, "Gündəlik Azərbaycan" və "Realnı Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsi, "Diffomasiya haqqında" qanunun qəbul edilməsi məsələləri müüzakirə olunub.

Cəfəroğlunun sözlərinə görə, ATƏT-in Bakı ofisinin rəhbəri bildirib ki, onlar Fətullayevin həbs olunmasından narahatdırlar. ATƏT-in Bakı ofisinin rəhbəri bildirib ki, onlar "Diffomasiya haqqında" qanunun tez bir zamanda qəbul olunmasını istəyirlər.

Görüşdə Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Çingiz Qənizadə, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Novella Cəfəroğlu iştirak edib.

Xəbər lenti

Xəbər lenti