...

Tolikin şou-biznesdə əziyyətli gəzişmələri

Cəmiyyət Materials 23 Aprel 2007 18:02 (UTC +04:00)

Azərbaycan , Bakı , 23 aprel /müx.Trendlife Samir Bayramlı/

Prodüsser həyatı Toliki o tərəfdən bu tərəfə atır.Röya, Rəqsanə, təzədən Röya, təzədən Rəqsanə və sonda Aygün. Tolik haqda müxtəlif şayiələr dolaşmaqdadır. Bu şayiələri aydınlaşdırmaq üçün bu söz-söhbətin iştirakçılarına müraciət etdik.Və belə qərar gəldik ki, birinci Rəqsanədən başlayaq.

- Rəqsanə, Tolikin sizin yaradıcılığınıza ikinci dəfə qayıdışı kim tərəfindən

olub?

- Tolikin özü tərəfindən. Röyadan çıxıb gedən gecəsi, Tolik mənə zəng vurub dedi: "Mən Mirmövsüm Ağanın ziyarətinə gedib and içdim ki, bir daha Röyaya qayıtmayacağam. Gəl görüşək." Baxmayaraq ki, artıq mənim prodüsserim var idi , işim çox olduğuqdan fikirləşdim ki, Tolikə də iş çatar.

- Yenidən onu öz yanınıza işə götürməkdə məqsəd nə idi?

- Etiraf etmək lazımdır ki, Tolik çox bacarıqlı insandır.

- Bəs niyə az vaxt keçməmiş Tolik sizdən çıxıb Aygünlə işləməyə getdi?

- Tolik getmədi. Mən onu sakitcə qovdum. Çünki o, işə məsuliyyətsiz yanaşırdı.

- Bəs əgər Tolik yenidən sizə qayıtsa, qəbul edərsiniz?

- Əvvəldən heç nə deyə bilmərəm. Ola bilər, hə, ola da bilər, yox. Zaman göstərər. Tolik heç özü də istəməz.

- Tolik, biz eşitmişik ki, Aygün Kazımova sənin adını dəyişib. İndi sənin adın nə olacaq?

- Mənim əsl adım Tarixdir. Bu, mənim babamın adıdır. Biz Röya ilə tanış olanda mənə dedi ki: "Gəl sənin adını Tolik çağıraq", mən də razılaşdım. Röyadan çıxıb gedəndən sonra istədim ki, hamı mənim əsl adımı bilsin. Aygün xanım isə məni Tarik deyə çağırır. Bu, mənim adıma daha yaxındır.

- Röya, Rəqsanə, yenidən Röya və yenə Rəqsanə, sonda isə Aygün Kazımova...

- Mən Röya ilə birinci dəfə dalaşandan sonra Rəqsanə ilə işləməyə getdim. Ona qabağa getməyə kömək elədim. Əgər bir az da onunla işləsəydim, nəticə bundan da yaxşı ola bilərdi.Sonradan Röya təzədən məni çağırdı, biz bir yerdə işləməyə başladıq. Mən təsəvvür belə etməzdim ki, Röyanın üç günlük konsertini H.Əliyev adına sarayda, sonra isə "Şəfa" stadionda keçirilən konsertindən sonrao o, məndən ayrılar. Bu, baş verəndən sonra təsadüfən jurnalistlərdən Rəqsanənin mənim haqda xoşagəlməyən sözlər danışdığını eşitdim. Hətta demişdi ki, Tolik adlı onun prodüsseri olmayıb.Bunları eşitdikdən sonra belə qərara gəldim ki, Rəqsanəyə zəng vurum, ona minnətdarığımı bildirim.O, mənimlə görüşdü, işləməyi təklif etdi. Əvvəl mən etiraz etmək istədim, çünki Rəqsanənin artıq prodüsseri var idi. İkinci olmaq istəmirdim. Buna baxmayaraq razılaşdım. Qısa müddət ərzində başa düşdüm ki, Rəqsanə ilə çətin ki, nəsə alına. O, artıq "itib" və bu, onun ifasına da təsir edir. Mənim fikrimcə, Rəqsanənin prespektivləri çox azdır. Buna baxmayaraq mən onunla işləməyi davam edirdim. Mənim ondan ayrılmağımın səbəbi isə Rəqsanənin ATV kanalında dediyi söz oldu. "Mən Tolikin əlini çörəyə çatdırmışam". Mən buna gözə bilmədim, çünki ondan da yüksək səviyyəli müğənnilərlə işləmişəm. İndi isə elə bir müğənni ilə işləyirəm ki, o, qat-qat həm Röyadan, həm də Rəqsanədən üstündür.

- Aygün Kazımova səni işə Röyanın acığına götürməyib ki?

Yox, biz bunu yuxu adlandırırıq. Bəziləri elə fikirləşir ki, hamısı qurmadır. İnanın, bu belə deyil. Əgər mən Aygün Kazımovadan ayrılsam, şou-biznesi birdəfəlik atacağam. Mən ondan da artıq kimlə işləyə bilərəm?

- Sən Röya ilə işləməyə bir daha qayıtmazsan?

- Heç vaxt. Əgər iki ay da evdə otursaydım, Röya yenidən məni qaytarardı. Amma mən bundan sonra nə Röya, nə də Rəqsanə ilə işləməyə qayıtmaram. Aygün xanımla hər şey əladır.

Aygün Kazımova:

- Sizin Toliklə işbirliyinizin əsas səbəbi nə idi?

- Əvvəla, Tolik yox, Tarik. Daha doğrusu, Tarix. Onu öz adı ilə çağırmaq lazımdır. Tarik çox istedadlı insandır. Sadəcə, o öz yerində deyildi. Müxtəlif lazımsız söz-söhbətlər gedirdi. İndi isə o öz layiqli yerini tapıb. Necə deyərlər, zər qədrini zərgər bilər.

- Deməli, işiniz Röya ilə bağlıdır...

- Bu, ümumiyyətlə yalnış fikirdir. Əgər elədirsə, onda Rəqsanəni də yadınıza salın. Mən talantlı insanları sevirəm. Həmişə də prodüsser kimi bacarıqlı insanları axtarmışam. Sən demə, bizi Tariklə platonik sevgi birləşdirirmiş.Sonda o, işlədiyi adamlarla bütün əlaqələri kəsib.Və indi artıq bir yerdə işləyirik.

- Tarik öz müsahibəsində bildirimişdi ki, hələ Röya ilə işləyən vaxtlarda sizinlə işləmək arzusunda olub. Hətta sizə təkliflər də edib.

- Düzdür. Lakin bilə-bilə ki, o, kimlə işləyir, onun mənimlə gəlib işləməsi yaxşı olmazdı. Əgər mən təklif etsəydim, o, böyük məmnuniyyətlə gəlib, mənimlə işləyərdi. Mənə elə gəlir ki, o, özü də bilirdi ki, öz yerində deyil.

- "Əgər mən Aygünün yanından getsəm, ümumiyyətlə şou-biznesdən gedəcəm". Bunlar Tarikin sözləridir. . .

- O , düz deyib. Allah eləməsin. Əgər biz ayrılsaq, o, şou-biznesdən çıxıb getməlidir. Məndən sonra o, kiminlə işləyə bilər?

Biz prodüsser dəyişməsinin səbəbini Röyanın özündən öyrənmək istədik, təəssüf ki, ondan müsahibə götürə bilmədik.

Xəbər lenti

Xəbər lenti