...

Azərbaycan Penitensiar Xidmətinin sabiq əməkdaşları barələrindəki hökmdən apellyasiya şikayəti verib

Cəmiyyət Materials 24 Aprel 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini Gülməmməd Məmmədov barəsindəki hökmdən apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsindən çərşənbə axşamı bildirilib ki, şikayət hakim Qəzənfər Kərimovun icraatına verilib. Şikayət üzrə hazırlıq iclasının vaxtı isə hələlik müəyyən olunmayıb. Məmmədovla bərabər eyni cinayət işi üzrə təqsirləndirilmiş Məmmədovla bərabər Penitensiar Xidmətin İntendant-Təchizat və Ticarət Bazasının sabiq rəisi Cavanşir Cabbarov, bazanın sabiq mühasibləri Rafiq Cəfərov, Elman Məmmədov və daha bir neçə nəfər barələrində çıxarılmış hökmdən narazıdırlar və məhkəməyə apellyasiya şikayətləri veriblər.

Cabbarov və Gülməmmədov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə),309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirli bilinərək 12, Cəfərov və Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Dəstənin 20 üzvü isə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək müxtəlif müddətlərə azadlıqdan məhrum olunublar.

Xəbər lenti

Xəbər lenti