...

ABŞ-ın boks üzrə komandası Heydər Əliyev Kubokunda tam heyətlə iştirak edəcək

Cəmiyyət Materials 24 Aprel 2007 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ ABŞ-ın boks üzrə komandası mayın 8-də Əl Oyunları Sarayında start götürəcək Heydər Əliyev Kubokunda iştirak edəcək idmançıların adlarını müəyyənləşdirib. Trend in məlumatına görə, gənclər arasında keçirilən ənənəvi beynəlxalq yarışda ABŞ-ı Lavisas Uilyams ( 46 kq), Brendon Uilyams ( 48 kq), Darius Moton ( 50 kq), Brayan Nikols ( 52 kq), Ueyd Bolton ( 54 kq), Xavyer Montelonqo ( 57 kq), Markes Mur ( 60 kq), Devid Elman ( 63 kq), Şeborn Rils ( 66 kq), Tresi Rollinz ( 70 kq), Aleks Lopez ( 75 kq), Rudi Puqa ( 80 kq) və Keyt Tapiya ( 86 kq) təmsil edəcəklər. Qeyd edək ki, Keyt Tapiya ötən il yarışların qalibi adını qazanıb və xüsusi kubokla təltif edilib.

Mayın 8-də keçiriləcək yarışda həmçinin Rusiya, Ukrayna, Gürcüstan, Moldova və digər ölkələrdən olan boksçuların iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti