...

60 saniyəlik film çəkib "Universal Pictures"-ə getmək olar

Cəmiyyət Materials 25 Aprel 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /müx.Trendlife Rəna Şirəliyeva/Azərbaycanda kinomatoqrafçılardan başlayaraq, adi insanlara kimi hər bir kəs "Film Your İssue" ("Öz problemini lentə çək") adlı Beynəlxalq müsabiqədə iştirak edə bilər. Trendlife-dən gələn xəbərə görə, xüsusi saytı olan ( www.filmyourissue ), arzu edən 16-25 yaşda olan gənclər iştirak edə bilərlər. İştirakçılar hansı problemi necə görürsə, nəsə demək istəyirsə, onu bütün dünyaya göstərmək şansı var.

Qaliblər Amerika kino yaradıcılığında ən yaxşı film və digər ölkə filmlərinə görə iki kateqoriyaya bölünəcəklər. Bu müsabiqənin iştirakçısı olmaq üçün sadəcə hansı problem səni daha çox maraqlandırır, o haqda film çəkməlisən. İş ondadır ki, müsabiqə ən yaxşı mini-film və ya roliklər itirak edir ki, cəmi 30-60 saniyə çəkməlidir. Heç bir janra məhdudiyyət qoyulmayıb. Belə ki, üzərində işlədiyin film ciddi və yaxud ironiya, bədii və ya animasiya janrında ola bilər. İşlədiyin filmdə bütün müəllif hüquqları qorunmalıdır. Belə ki, filmdə hansısa musiqidən istifadə edirsənsə, mütləq kompozisiyanın müəllifindən icazə almalısan. İştirakçıların işləri may ayının 15-nə qədər qəbul olunur. Bütün filmlər saytın səhifəsində yerləşdiriləcək. Saytda həmin filmlərə səs verə bilərlər. 12-si amerikan, 12-si isə xarici filmlərdən ibarət 24 iş ikinci tura keçəcək. 31 mayda isə cəmiyyət və jurinin seçdiyi üç lider təyin ediləcək.

Qalibləri müxtəlif hədiyyələr gözləyir. Belə ki, bu hədiyyələr yay təhsilini "Universal Pictures"-də keçirmək, Nyu-Yorkda keçirilən "Film Your İssue" mükafatlandırma mərasiminə səyahət, tamaşaçı simpatiyası, həmçinin BMT-nin ayırdığı xüsusi prizlərlə dolu olacaq. Onu da qeyd edim ki, müsabiqə BMT-nin dəstəyi ilə keçiriləcək. Artıq saytda dünyanın bütün ölkələrindən gənc kinoçular öz işlərini yerləşdiriblər. Lakin bunlar arasında Azərbaycandan olan filmlər hələ ki, yoxdur.

Xəbər lenti

Xəbər lenti