...

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının əhalisi artıb

Cəmiyyət Materials 25 Aprel 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir F.Zeynalov / Naxçıvan Muxtar Respublikasında (MR) bu ilin birinci rübünün yekunlarına görə, əhali dörd min nəfər artıb. Naxçıvan MR Dövlət Statistika Komitəsindən çərşənbə günü bildiriblər ki, aprelin əvvələrinə qədər statistik məlumatlarda Naxçıvan MR-in əhalisi 380 min 885 nəfər olub. Ötən ilin müvafiq dövründə isə əhalinin sayı 376 min 876 nəfər qeydə alınıb.

Məlumata görə, nigahların sayında da artım var. Bu ilin birinci rübündə 551, ötən ilin müvafiq dövründə isə 548 nigah bağlanılıb.

İlk rübdə ötən ilin birinci rübü ilə müqayisədə 73 doğum faktı artaraq1262 nəfər olub. Ölüm halı isə 39 fakt azalıb. Hesabat dövründə 511 ölüm halı qeydə alınıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 ölüm faktı (550 ölüm) az deməkdir.

Naxçıvan MR ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti