...

Azərbaycanın İctimai Televiziya və Radio Şirkəti dövlət büdcəsindən ayrılan vəsaitin azaldılmasından narazıdır

Cəmiyyət Materials 25 Aprel 2007 18:42 (UTC +04:00)
Azərbaycanın İctimai Televiziya və Radio Şirkəti dövlət büdcəsindən ayrılan vəsaitin azaldılmasından narazıdır

Azərbaycan, Bakı / Trend müxbir İ.Alizadə/ İçtimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov cərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, 2007-ci ilin dövlət büdcəsindən kanalın xərcləri üçün ayrılan vəsaitin azaldılması ilə əlagədar prezident İlham Əliyevə müraciət olunub.

Ömərov qeyd edib ki, o, İctimai Televiziya və Radio Yayımları Şirkətinə ayrılan vəsaitin azaldılmasından narazıdır: "Mən bunu bəzi məmurların bizi "çox istəməsinin" nəticəsi hesab edirəm. Amma İTV prezident İlham Əliyevin dəstəyi ilə formalaşıb. Dövlət büdcəsindən İTV-ya ayrılan vəsaitin qaytarılması ilə bağlı prezidentə müraciət etmişəm və inanıram ki, prezident məmurların bu qüsurunu aradan qaldıracaq. İTV-nin büdcəsi əvvəlki həcmə qaytarılacaq" - deyə kanal rəhbəri əlavə edib.

Baş direktorun sözlərinə görə, İTV-yə ayrılan vəsait azaldılsa da işçilərən əmək haqqında heç bir azalma yoxdur. Əksinə, qonarar şəklində verilən məvacib artırılıb. Ömərov deyib ki, heç bir halda İTV-nin işçilərinin əmək haqqı azaldılmayacaq. Büdcənin azalması kanalın təsərrüfat işlərinə müəyyən gədər mənfi təsir göstərib.

Xəbər lenti

Xəbər lenti