...

Azərbaycanın Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhkum aclığı davam etdirir

Cəmiyyət Materials 26 Aprel 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Afiyəddin Cəlilovun ölümündə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Dəyanət Kərimov cəza çəkdiyi Qobustan qapalı həbsxanasında aclıq aksiyasını davam etdirir. Bu barədə cümə axşamı məhkumun bacısı Nübar Kərimova məlumat verib. Bildirib ki, qardaşı aprelin 16-dan etibarən aclığı davam etdirir. Onun aclığı dayandırması ilə bağlı yayılan məlumatları təkzib edən Kərimova qardaşının qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlərlə görüş tələb etdiyini bildirib.

Qobustan qapalı həbsxanasının rəisi Əlizadə Hüseynov da Kərimovun aclıq etdiyini təsdiqləyib. Onun jurnalistlər və QHT nümayəndələri ilə görüşü barədə tələbindən isə məlumatsız olduğunu deyib.

Bir qrup məhkum aprelin 16-dan aclıq edərək barələrindəki ömürlük azadlıqdan məhrumetmə cəzasının 15 ilə endirilməsini tələb edib. Aprelin 20-də isə məhkumlar aksiyanı öz istəkləri ilə dayandırıblar. Məhkumların saxlanma şəraitindən və həbsxana işçilərinin onlara münasibətindən şikayətləri yoxdur.

Xəbər lenti

Xəbər lenti