...

Gimnastlar Avropa çempionatının Bakıda keçiriləcək püşkatma mərasimini gözləyirlər

Cəmiyyət Materials 26 Aprel 2007 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Bədii gimnastika üzrə Avropa çempionatının püşkü Bakıda atılacaq. Püşkatma iki il öncə Moskvada keçirilən qitə birinciliyinin nəticələri əsasında gerçəkləşəcək.

Avropa İttifaqının Texniki Komitəsinin (UEG) rəhbəri Xayde Brunederin Trend ə verdiyi məlumata görə, püşkatma mərasimi Rusiya paytaxtında göstərilən qrasiya və qrup komandalarının nəticələri əsasında keçiriləcək. Xatırladaq ki, Moskvadakı qitə birinciliyində Azərbaycan komandası ilk beşlikdə qərarlaşmışdır.

Qeyd edək ki, püşkatma mərasimi mayın 27-28-də Bakıda keçiriləcək UEG texniki komitəsinin iclasının cərçivəsində baş tutacaq. Ötən həftə Bakıda səfərdə olan Bruneder altı həmkarı ilə birlikdə çempionatın yekun proqramını, turnirin açılışı və bağlanması mərasimlərini təsdiq edəcək.

Xəbər lenti

Xəbər lenti