...

Rusiya universitetlərində təhsil alan azərbaycanlı tələbələr Avropa Forumunda iştirak edəcəklər

Cəmiyyət Materials 2 May 2007 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / 2007-ci ilin 14-16 mayında Brüsseldə Azərbaycan tələbələrinin 2-ci Avropa Forumu keçiriləcək. Bu forumda həmçinin Rusiyanın ali təhsil ocaqlarında oxuyan tələbələr də iştirak edəcək.

Azərbaycanın Rusiyadakı səfirliyindən çərşənbə günü verilən məlumata görə, foruma müxtəlif Avropa ölkələrində təhsil alan tələbələrin qatılacağı gözlənilir. Burada onlar tələbə şəbəkəsinin genişləndirilməsi və tələbə təşkilatları arasındakı əlaqələrin inkişaf perspektivini müzakirə edəcəklər. Forum çərçivəsində Avropa parlamenti və Avropa Komissiyasının üzvləri ilə də görüşlər planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti