...

Azərbaycanın Təhsil Nazirliyinin yeni qanun layihəsinə təklifləri qəbul edilib (video)

Cəmiyyət Materials 7 May 2007 12:23 (UTC +04:00)
Azərbaycanın Təhsil Nazirliyinin yeni qanun layihəsinə təklifləri qəbul edilib (video)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan təhsil naziri Misir Mərdanov bazar ertəsi bəyan edib ki, "Təhsil haqqında" qanun layihəsinin son variantı hazırdır və layihədə Təhsil Nazirliyinin bütün təklif və tövsiyələri nəzərə alınıb.

Nazirin sözlərinə görə, qanunda əksini tapan məsələlər onu tam razı salır. Mərdanov bildirib ki, qanun layihəsi parlamentin müzakirəsinə verilməlidir.

Sonuncu "Təhsil haqqında" qanun 1995-ci ildə qəbul edilib. Həmin qanun layihəsi müasir standartlara cavab vermədiyindən, yeni "Təhsil haqqında" qanun layihəsi hazırlanıb. Milli Məclisdən bildiriblər ki, "Təhsil haqqında" yeni qanun layihəsinin parlamentin yaz sessiyasının sonunda qəbul ediləcəyi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti