...

Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri: "Sərhədsiz Reportyorlar Təşkilatı erməni lobbisinin təsiri altında fəaliyyət göstərir"

Cəmiyyət Materials 7 May 2007 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Sərhədsiz Reportyorlar Təşkilatı erməni lobbisinin təsiri altında fəaliyyət göstərir. Bu barədə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib.

Həsənov Sərhədsiz Reportyorlar Təşkilatının Azərbaycanda mətbuat azadlığının durumu ilə bağlı son hesabatına münasibətini açıqlayarkən deyib ki, bu qurumun fəaliyyəti Azərbaycan hökumətində təəssüf doğurur. Həsənovun sözlərinə görə, bu təşkilat uzun müddət Türkiyəyə qarşı mübarizə aparıb, bu ölkənin bayrağını Fransada ayaqlar altına atıb tapdalatdırıb. Sonra Dağlıq Qarabağ münaqiqəsinə dair qərəzli mövqe tutub.

"Biz Sərhədsiz Reportyorlar Təşkilatının obyektiv bir qurum olmasına böyük şübhə edirik. Bizim fikrimizcə, bu təşkilat erməni lobbisinin təsiri altında fəaliyyət göstərir. Onun rəhbəri dəfələrlə Azərbaycana səfər edib, prezident İlzham Əliyevlə görüşüb, dövlət başçısının söz və mətbuat azadlığı sahəsində gördüyü işləri təqdir edib, yüksək qiymətləndirib. Lakin sonradan özünün subyektiv mövqeyini nümayiş etdirib. Ona görə də bizim bu təşkilatla əməkdaşlıq etmək fikrimiz yoxdur" -deyə Həsənov vurğulayıb.

Prezident Aparatının rəsmisi qeyd edib ki, təşkilatın Azərbaycanla bağlı açıqlamaları obyektivlikdən uzaqdır və ölkəmizdə söz azadlığının mövcud durumunu əks etdirmir. Həsənov Azərbaycanda 1993-cü ildən bəri söz və mətbuat azadlığı sahəsində mövcud prolbemlərin aradan qaldırıldığını, dövlətin bu sahəyə qayğı göstərdiyini və bü gün həmin himayənin hiss olunduğunu deyib. Aparat rəsmisinin fikrincə, Azərbaycanda ayrı-ayrı jurnalistlərə qarşı baş verən hadisələri ümumən ölkədəki söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə eyniləşdirmək olmaz: "Ona görə də biz Sərhədsiz Reportyorlar Təşkilatının

bəyanatlarına fikir vermək niyyətində deyilik".

Xəbər lenti

Xəbər lenti