...

Monitorinq: "Azərbaycanda hər on orta məktəb şagirdindən beşi siqaretə qurşanıb"

Cəmiyyət Materials 7 May 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda orta məktəb şagirdlərinin hər on nəfərindən beşi siqaretə qurşanıb. Bu fakt "Gənc Liderlər" Uşaq Təşkilatının son dörd ay ərzində Bakı şəhər məktəblərində apardığı monitorinqin nəticəsində məlum olub.

Təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, monitorinqlər Bakının Səbayel, Nəsimi, Yasamal, Nərimanov, Binəqədi rayonlarında sorğular və yerlərdəki özəklərin müşahidələri əsasında aparılıb.

Nəticələrə əsasən, ümumilikdə orta məktəb şagirdləri arasında dərsdən yayınma və siqaretə qurşanma halları nəzərə çarpacaq dərəcədə artıb. Müşahidələr zamanı bəlli olub ki, orta məktəb şagirdlərinin hər on nəfərindən beşi mütəmadi olaraq dərslərdə iştirak etmir, həmçinin siqaretdən istifadə edirlər. Hər iki hal əsasən orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında yayılıb. Monitorinqin nəticələrinə görə, bu hallara daha çox Bakının Səbayel, Nərimanov və Yasamal rayonlarında rast gəlinib.

"Məlumatlara əsasən, bir sıra məktəblərdə məktəb rəhbərliyi bu cür hallardan xəbərdar olsa da, onların problemə müdaxilə etmək gücləri sıfıra bərabərdir. Təşkilatımız bu barədə Bakı Şəhər Təhsil İdarəsinə məlumat verəcək, bu mövzuda Dəyirmi masa keçiriləcək" - deyə Şahbazlı bildirib.

Xəbər lenti

Xəbər lenti