...

İsveçrədə muzey layihəsi başa çatır

Cəmiyyət Materials 7 May 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /müx.Trendlife Eldar Hüseynzadə/Musiqi mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova, Niyazinin ev muzeyinin direktor müavini Rza Bayramov ALAS-ın təşkilatçılığı ilə keçirilən beynəlxalq muzey layihəsinin bitməsi ilə əlaqədar bir həftəlik İsveçrəyə gedəcəklər. Trendlife-ın verdiyi məlumata görə, keçən ilin sonlarından başlayaraq beynəlxalq təşkilat olan ALAS-ın tərkibinə Afrika, Latın Amerikası, Asiya və İsveçrə ölkələri daxildir.Və bu ölkələr birlikdə treninqlər aparırlar. Tək yanvar-fevral aylarında Musiqi mədəniyyəti muzeyinin nümayindələri Zimbabve və Botsvanada olublar. Orda keçirilən konfranslarda muzey işinin marketinqi və digər məsələlərin müzakirəsində iştirak ediblər. Bu həftə layihənin başa çatması ilə əlaqədar İsveçrədə layihənin sonuncu tədbiri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti