...

Tanınmış modelyer xeyriyyə tədbiri təşkil edəcək

Cəmiyyət Materials 7 May 2007 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /müx.Trendlife Səbinə Qəniyeva/İyun ayının 15-də əməkdar inəcənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova xeyriyəçilik çərçivəsində moda bayramı keçirəcək. Bu haqda Trendlife-a Moda Mərkəzinin mətbuat katibi xəbər verib. Qeyd edək ki, bu, Fəxriyyə xanımın Beynəlxalq Qadın Klubu ilə birinci əməkdaşlığı deyil. Birinci əməkdaşlıq 2003-cü il iyun ayının 1-də Uşaqların Müdafiə Gününə həsr edilmişdi. Aksiyanın əsas məqsədi Şüvəlanda yerləşən uşaq evinin idman zalının təmiri və inventarlarla təmin olunması ilə bağlıdır. Reklamdan, biletlərin satışından yığılan məbləğ bu tədbirin reallaşmasına sərf olunacaq. Beynəlxalq Qadın Klubu 11 illik fəaliyyətinə baxmayaraq, çox layihələr işləyib.

Xəbər lenti

Xəbər lenti