Azərbaycan, Bakı, 10 may /müx.Trendlife Eldar Hüseynzadə/Azərbaycan Dövlət Dram Teatrı Qara dəniz sahillərində keçən Beynəlxalq teatr festivalında iştirak edib. Bu haqda Trendlife-a teatrın direktoru Maqbet Bünyadov xəbər verib. O həmçinin bildirib ki, qastrol səfərləri çox uğurlu keçib.
"Bizim teatr festivalda üç priz qazanıb. Birinci priz yaxşı rejissorluq işiinə görə Bəhram Osmanova, yaxşı aktyorluğa görə Siyavuş Aslana verilib. Bu, bizim ən uğurlu qastrolumuz idi. Mən heç vaxt bu qədər alqış eştitməmişdim. Zalda boş yer yox idi" - deyə Bünyajov bildirib.
Qeyd edək ki, festivalda dünyanın 20 ölkəsindən teatrlar iştirak edirdi. Xüsusi hədiyyələr isə Trabzon bələdiyyə teatrının rəhbəri Vlakan Canəlioğluna və "Azdrama" qrupuna təqdim edilib. Onu da deyək ki, qastrolda Siyavuş Aslan, Bəsti Cəfərova, Vəfa Rzayeva, Əjdər Həmidov, Mətanət İsgəndərova, Əvəz İsgəndərov və başqaları iştirak ediblər.