...

Emin Mansurov: "Ömrümdə belə mənasız söhbət eşitməmişdim"

Cəmiyyət Materials 11 May 2007 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /müx. "TrendLife" V.Vüqarlı/

Yerli KiV-lərin yaydığı məlumata görə, Azərbaycanın Bagira kimi tanınmış estrada müğənnisi Sevda Ömərova türk müğənnisi Alişanla sevgi macərası yaşayır və bununla əlaqədar çox tez-tez Türkiyəyə səfərlər edir. Yayılan söz-söhbətə görə isə onları guya "MM Production" şirkətinin rəhbəri Emin Mansurov tanış edib. "TrendLife"ın verdiyi məlumuta görə, Emin Alişan və Bagiranın münasibətlərini təkzib edib.

"Bu hamısı Bagiranın xəstə təsəvvürləridir. Mən onları İstanbuldan Bakıya gələndə təyyarədə tanış etmişəm. Bu uçuşu birgə uçuş adlandırmaq olmazdı. Çünki biz "biznes-klass"da, o isə "ekonom-klass"da idi. O, çox can atırdı ki, Alişanla şəkil çəkdirsin, mənsə icazə vermirdim. Onlar arasında heç bir "intimdən" də söhbət gedə bilməz, nəinki intim şəkilləri demirəm" - deyə Emin əlavə edib. Onu da qeyd edək ki, telefonu bağlı olduğundan Sevda ilə əlaqə yarada bilmədik. Belə xəbər var ki, müğənni yenə Türkiyəyə gedib. Bəlkə Alişanı axtarmaq üçün?

Xəbər lenti

Xəbər lenti