...

Lənkəran Regional Turizm İnformasiya Mərkəzinin açılış mərasimi olub

Cəmiyyət Materials 14 May 2007 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əliyeva/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin iştirakı ilə bazar ertəsi Lənkəran şəhərində Regional Turizm İnformasiya Mərkəzinin açılış mərasimi olub. Mərkəz Lənkəranın "Xalq sənətkarlığı şəhərciyi" adlanan ərazisində inşa edilib.

Mərkəzin açılışında çıxış edən nazir Qarayev bildirib ki, Lənkəran Regional Turizm İnformasiya Mərkəzinin yaradılmasında məqsəd xarici və yerli turistləri lazımi informasiya ilə təmin etmək, onlar üçün daha rahat marşrutlar təşkil etmək, buklet və marşrut xəritələri hazırlamaq və paylamaqdan ibarətdir: "Bu cür mərkəzlərin olması turizm sahəsilə məşğul olan sahibkarlarla müştərilər arasında əlaqə yaratmağa da imkan verəcək. Mərkəzdə turizm mütəxəssisləri üçün xüsusi təlim kursları təşkil olunacaq"-deyə nazir bildirib.

Onun sözlərinə görə, mərkəzdə 3 nəfər işlə təmin edilib. Məhkəzin "Xalq sənətkarlığı şəhərciyi"ndə yerləşməsində məqsəd isə yerli milli sənaye sahələrinin inkişafına yardım etməkdən ibarətdir.

Açılış mərasimində BTMT İnkişaf Proqramının nümayəndəsi Bruno Pueza iştirak edib.

Xəbər lenti

Xəbər lenti