...

Uşaq xor kollektivlərinin beşinci müsabiqəsinin qalibləri bu gün konsert proqramı ilə çıxış edirlər

Cəmiyyət Materials 15 May 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may/müx. "TrendLife" E.Hüseynzadə/

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bu gün uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivlərinin beşinci Respublika Müsabiqəsi qaliblərinin iştirakı ilə konsert olacaq. Bu haqda "TrendLife"a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Qurbanov məlumat verib. Bu müsabiqə bir neçə aydır ki, davam edirdi. Konsert proqramından sonra qaliblər mükafatlandırılacaq. Onu da qeyd edək ki, məktəblilərin dördüncü xor müsabiqəsi iki il bundan əvvəl, 2005-ci ldə keçirilib.

Xəbər lenti

Xəbər lenti