...

Əfv komissiyasının üzvü: "Əfv Komissiyası daxil olan müraciətlərə baxır"

Cəmiyyət Materials 16 May 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Prezident yanında Əfv Komissiyası işini davam etdirir və bu gün də komissiyaya müraciətlər daxil olur və onlara baxılır. Bu barədə çərşənbə günü Bakıda Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvü, millət vəkili Məlahət Həsənova məlumat verib.

O qeyd edib ki, Milli Məclisin Amnistiya aktı qəbul etməsi o demək deyil ki, əfv fərmanları imzalanmayacaq. Millət vəkili vurğulayıb ki, elə məhbuslar var ki, amnistiya aktı onlara şamil olunmayıb.

"Əfv Komissiyası daimi fəaliyyət göstərir. Biz daxil olan müraciətlərə baxır və onları müvafiq sektorlara göndəririk. Amma əfv fərmanının imzalanması Azərbaycan prezidentinin səlahiyyətlərinə aid olan məsələdir", -deyə Həsənova bildirib.

Sonuncu əfv fərmanı martın 19-da imzalanıb.

Xəbər lenti

Xəbər lenti