...

Qrossmeyster Teymur Rəcəbov "Ümidlər matçı"nda Maqnus Karlsenlə görüşəcək

Cəmiyyət Materials 17 May 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov "Ümidlər matçı" çərçivəsində norveçli Maqnus Karlsenlə görüş keçirəcək.

Qarşılaşma mayın 18-də Korsikada, Porto-Vekkioda baş tutacaq. Burada şahmatçılar "10+3" vaxt nəzarəti ilə iki partiya oynayacaqlar. Rəqiblər bir-birini yaxış tanıyır, onlar dəfələrlə ən yüksək səviyyəli turnirlərdə üz-üzə gəliblər. Sonuncu dəfə Rəcəbov və Karlsen Veyk-An-Zeedəki superturnirdə qarşılaşıb. Burada şahmatçımız gözəl oyun nümayiş etdirərək inamlı qələbə qazanıb.

Rəcəbov sürətli şahmat üzrə tanınmış qrossmeysterlərdən biri sayılır. Lakin Karlsen də bu mənada ondan geri qalmır. Ancaq istənilən halda Teymurun yüksək səviyyədəki turnirlərdə təcrübəsi rəqibi ilə müqayisədə daha böyükdür.

Xəbər lenti

Xəbər lenti