...

"Neftçi" üçün qızıl medal uğrunda mübarizə çətinləşib

Cəmiyyət Materials 18 May 2007 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Ölkə çempionatının növbəti turunda "Neftçi" futbol klubu səfər görüşündə "Olimpik"ə 1:2 hesabı ilə məğlub olub. Bununla da Qurban Qurbanovun yetirmələri öz işlərini xeyli cətinləşdiriblər.

Trend in məlumatına görə, görüşün əvvəli "Neftçi" üçün kifayət qədər uğurlu başlayıb və artıq 11-ci dəqiqədə qonaqlar Rəşad Sadığovun penaltidən vurduğu qolla irəli çıxıblar. Lakin ikinci hissədə vəziyyət dəyişib və 64-cü dəqiqədə Pate Banqura günc zərbəsindən sonra oyunda berabərliyi təmin edib. Beş dəqiqə sonra isə Xaqani Məmmədovun qapıçı ilə təkbətək çıxışı qolla nəticələnib.

Qonaqlar oyunun müqəddaratını öz xeyrlərinə dəyişmək istəsələr də, bu, onlara nəsib olmayıb. Bu işdə "Olimpik"in qapıçısı Rauf Mehdiyevin böyük rolu olub. Belə ki, o, Georgi Adamiya və Zaur Tağızadənin təhlükəli hücumlarının qarşısını alaraq hesabın dəyişməsinə imkan verməyib.

Xəbər lenti

Xəbər lenti