...

Azərbaycan MOK-un vitse-prezidenti: "Olimpiada-2016-nın təşkili üzrə namizədlərin yekun siyahısından danışmaq hələ tezdir"

Cəmiyyət Materials 18 May 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Olimpiada-2016-nın təşkili üzrə namizədlərin siyahısı yayın ortalarından tez müəyyənləşdirilməyəcək.

Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin bildirdiyinə görə, bu məsələ Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Qvatemaladakı sessiyasından sonra müzakirə oluna bilər. "Hələlik namizədlərin siyahısının son variantından danışmaq tezdir. Axı müraciətlər hələ də qəbul olunur. Eyni zamanda bu, BOK-un Olimpiadanı qəbul etmək istəyən bütün namizədlərə paylayacağı suallara aiddir. Bu suallar iyuldan tez verilməyəcək" - deyə Hüseynzadə vurğulayıb.

Qeyd edək ki, Olimpiada-2016-nın oyunlarını qəbul etmək istəyənlər arasında Çikaqo, Praqa, Roma, Madrid, Tokio, Bakı və digər şəhərlər var.

Xəbər lenti

Xəbər lenti