...

Nissan" və "Nissanov" ayrılmazdılar

Cəmiyyət Materials 18 May 2007 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /müx.TrendLife Vüqar Vüqarlı/ Məhz tamaşaçılar belə istədilər ki, Xəyyam Nissanov "Maşın-şou"lf qalsın. Tamaşaçılar ona beş dəqiqəlik də olsa tale hökmdarlığı missiyasını etibar etdilər. O bilirdi ki, kimi "cəzalandırsın", kimə isə yazığı gəlib oyunda "Nissan Tiena"nı udmağa şans versin. Və Xəyyam çox tamaşaçıların zəhləsini tökən Ayan Babakişiyevanı seçdi. Şəhərdə gəzən söz-sözbətlərdən bütün tamaşaçılara məlum idi ki, məhz bu qızcığaz Murad Dadaşovun "tapışı" ilə ordadır. Hətta şoumenin təkzib etdiyi bu şayiələrin heç bir effekti olmadı. Bundan əlavə, oyundan uzaqlaşan oyunçular mənə zəng vurub deyirdilər ki, Xəyyama göndərilən səslər ünvanına çatmırdı. Məhz bu zənglərə görə mən məcburam "Azərcellə" müraciət edim ki, bu situasiyanı aydınlaşdırsın.

Yeri gəlmişkən, məndən xahiş etdilər ki, "M-group Production"nun işinə qarışmayım. Nəticədə mənim balansım bir az azaldı, daha doğrusu, bir az kasıbladım, Ayan isə oyundan uçdu. Bəli, zəmanə dəyişib. Hər şey tərsinə çevrilib. Hələ 20 il bundan əvvəl təzə-təzə oxumağa başlayan müğənniyə deyirdilər ki, "artıq bunun sponsroru var". Bundan əlavə, əgər sən Sənubər İsgəndərlini, Rafael Dadaşovu, Valeh Kərimovu, Vado Karovini, Mehriban Xanlarovanı və yerdə qalanlarını qıcıqlandırırsansa, səni gələcəkdə nə gözləyir? O məlum deyil. Əgər tək Mübariz Tağıyev səni müdafiə edirsə, o da ancaq yazığı gəlir sənə. Hələ bir-iki dənə də Ədalət Şükurovla oxusan, vəssalam( o da hələ Ədələt fikrini dəyişməsə).

Biz əsas söhbətdən uzaqlaşdıq. Bir tərəfdən də nə edək oyunda belə şeylər çox tez-tez olur. Bu anda bərkdən qışqırıb demək istəyirsən: "M-qrup Prodakşına" "akşın" lazımdır. Belə söhbətlərə görə verilişin reytinqi düşür. Belə olan halda kimsə kanalı futbola çevirir, kimi rus seriallarına baxır, kimi isə televizoru söndürüb yatır. Bir sıra bəxtsizlər, işsiz aparıcı, bir rolun aktyoru, dinə vurğun aktrisalar və s. özlərindən intriqa yaratmağa çalışırlar. Bunlar hamısı milləti bezdirib. Hətta parıldayan keçmiş "kaveyenşiki" nahaqdan "keçmiş Kavençi" adlandırmırlar. Bəli, əziz ssenariçilər, ya siz süjeti dəyişirsiz, ya da biz başqa kanala çeviririk.

Xəbər lenti

Xəbər lenti