...

Cüdoçu Kifayət Qasımova Olimpiadaya vəsiqə uğrunda mübarizəni davam etdirir

Cəmiyyət Materials 21 May 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı cüdoçu Kifayət Qasımova Pekin Olimpiadasına vəsiqə qazanmaq üçün mübarizəni davam etdirir.

Lissabonda keçirilən Dünya kubokunda qazanılan üçüncü yer Qasımovaya Avropa Cüdo Birliyinin (ACB) reytinqinin ilk beşliyində yer tutmağa imkan verib. Lissabondakı yarışda Qasımova yalnız yarımfinalda ispaniyalı İzabel Fernandesa uduzub. İndi Kifayət Braziliyada keçiriləcək mundialda yaxşı çıxış etməlidir. Burada ilk beşliyə daxil olacaq idmançılar Pekinə avtomatik olaraq vəsiqə qazanacaqlar.

Olimpiadaya düşmək şanslarına həmçinin Nicad Şixəlizade ( 60 kq), Elnur Məmmədli ( 73 kq), Mehman Əzizov ( 81 kq) və Mövlud Mirəliev ( 100 kq) malikdir.

Xəbər lenti

Xəbər lenti