...

Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyündən bu il 2 vəkil xaric edilib

Cəmiyyət Materials 21 May 2007 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyündən bu il 2 vəkil xaric edilib. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov bazar ertəsi Trend ə bildirib ki, Rəyasət Heyətinin qərarı ilə İsmayıl Zərgərli və Sidnex vəkillik fəaliyyəti ilə faktiki məşğul olmadıqları üçün onların vəkillik fəaliyyətinə xitam verilib. Sidnexin Kollegiya üzvlüyündən xaric olunması barədə Sabunçu rayon məhkəməsi qərar qəbul edib. İsmayıl Zərgərli barəsində belə bir qərarın qəbul olunması üçün Vəkillər Kollegiyası Səbail rayon məhkəməsinə müraciət edib. Mayın 22-də hakim Alim Namazovun sədrliyi ilə Vəkillər Kollegiyasının Zərgərli İsmayıla qarşı Kollegiyadan xaric edilməiddiası üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Ötən il isə 3 vəkilin fəaliyyətinə xitam verilib. Namizəd Səfərov, Lətifə Əliyeva, Eldar Qurbanov vəkillik fəaliyyətləri zamanı pozuntulara yol verdikləri üçün məhkəmə qərarı ilə Vəkillər Kollegiyasının üzvlüyündən xaric ediliblər.

Hazırda Azərbaycanda vəkillik fəaliyyəti ilə 540-dan artıq hüquqşünas məşğul olur.Hazırda Azərbaycanda vəkillik fəaliyyəti ilə 540-dan artıq hüquqşünas məşğul olur.

Xəbər lenti

Xəbər lenti