...

4499 nəfər itkin düşmüş, 1392 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib

Cəmiyyət Materials 23 May 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Son altı ay ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin kimi qeydiyyatdan keçən  70 nəfərin taleyi müəyyən olunaraq onların adları siyahıdan çıxarılıb. Onlardan 34-nün sağ, 36-nın döyüşlərin gedişində həlak olduğu və yaxınları tərəfindən tanınaraq dəfn edildiyi müəyyənləşdirilib. Bu barədə çərşənbə günü Trend ə Dövlət Komissiyasından məlumat verilib. Məlumata görə, 5 nəfərin itkin düşməsi faktı aşkar edilib və onların adı müvafiq siyahıya salınıb. Aprelin 1-ə olan məlumata görə, 4499 nəfər itkin düşmüş, 1392 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır. Hesabat dövründə Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 87 nəfər barədə sorğu göndərilib. Bu kateqoriyadan olan 407 nəfərin şəxsi işi yaradılıb. Milli Təhlükəsizlik Nazirliyi İctimai Əlaqələr Mərkəzindən göndərilmiş Xocalı soyqırımının qurbanı olmuş 59 nəfərlə bağlı siyahı təhlil olunub, həmin şəxslər barədə Komissiyada olan məlumatlardan ibarət arayış tərtib edilərək onlara təqdim edilib.

Azərbayan Respublikası Hərbi Prokurorluğunun istintaq-əməliyyat qrupu tərəfindən daxil olmuş sorğulara əsasən, 2006-cı il ərzində itkin düşmüş şəxslərin siyahısından çıxarılmış və həmçinin əsirlikdə qətlə yetirilmiş,ə işgəncələrə dözməyərk vəfat etmiş şəxslərə aid məlumatlar, eyni zamanda azad olunmuş 62 nəfərdən alınmış ifadələrin kserosurəti onlara göndərilib. Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyatdan keçən 121 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş məlumatlar təhlil edilərək arayışlar yazılıb, sistemləşdirilərək müvafiq bazalara əlavə edilib, onlara aid "şəxsi iş"lərdə toplanıb.  Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyatdan keçən 121 şəxslə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş məlumatlar təhlil edilərək arayışlar yazılıb, sistemləşdirilərək müvafiq bazalara əlavə edilib, onlara aid "şəxsi iş"lərdə toplanıb. 

Xəbər lenti

Xəbər lenti