...

Azərbaycanın bir neçə kütləvi informasiya vasitəsinin kassasiya şikayəti rədd olunub

Cəmiyyət Materials 25 May 2007 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın bir neçə kütləvi informasiya vasitəsinin kassasiya şikayəti rədd olunub. Cümə günü Ali Məhkəmənin İqtisadi Mübahisələrə Dair İşlər üzrə Məhkəmə Kollegiyasında hakim İman Nağıyevin sədrliyi ilə "Azadlıq" qəzetinin redaksiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının və "Turan" İnformasiya Agentliyinin şikayəti üzrə keçirilən prosesdə dinləmələr aparılmadan qərar qəbul edilib. KİV-lərin məhkəmədəki nümayəndəsi İntiqam Əliyev cümə günü Trend ə bildirib ki, ötən məhkəmə iclası şikayətçilərin prosesdə vəkillə iştirakının təmin olunmaması səbəbindən təxirə salınmışdı. Əliyevin sözlərinə görə, bu məqsədlə Ali Məhkəməyə və Vəkillər Kollegiyasına müraciət olunsa da, adıçəkilən qurumlar KİV-ləri vəkillə təmin etməyib. KİV-lərin vəkilləri olmadığından hakim nümayəndələrin çıxışına icazə verməyib və dinləmələr aparmadan kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edib.

Əliyev məhkəmə qərarından Avropa Məhkəməsinə şikayət veriləcəyini deyib.

İddiaçılar Xəqani 33 ünvanından qanunsuz çıxarılmaları ilə bağlı İqtisad Məhkəməsinin qərarının və onların Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə qarşı ilkin iddianın rədd olunması və hakimiyyət orqanının üzərinə icarə müqaviləsi bağlamaq vəzifəsinin qoyulmasına dair qarşılıqlı iddia tələbinədair iş üzrə Apellyasiya İqtisad Məhkəməsinin 2 fevral tarixli qətnaməsinin ləğv olunmasını xahiş edir. dair iş üzrə Apellyasiya İqtisad Məhkəməsinin 2 fevral tarixli qətnaməsinin ləğv olunmasını xahiş edir.

Xəbər lenti

Xəbər lenti