...

Azərbaycan qılınc oynadanları Hanoydakı Qran-Pridə iştirak edəcəklər

Cəmiyyət Materials 25 May 2007 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət qılınc oynadanlar yığması yaxın günlər Hanoyda start götürəcək Qran-Pri yarışında iştirak edəcək.

Komandada Səbinə Əmrahzadə, Sevil Bunyadova, Aida Ələsgərova və Janna Muratqızı yer alıb. Muratqızı dəfələrlə dünya və qitə birinciliklərinin mükafatçısı olub.

Bu mövsümdən etibarən qılınc oynadanlar Olimpiadaya lisenziyalar uğrunda mübarizəyə qoşulublar. İri yarışlarda göstərilən nəticələrdən asılı olaraq onların aktivinə müvafiq xallar yazılır. Lakin nəzərə alsaq ki, bu dəfə komandada lider Yelena Jemayeva yoxdur, onların Olimpiadaya düşmək şansları o qədər də yüksək dəyərləndirilmir.

Xəbər lenti

Xəbər lenti