...

Dünya azərbaycanlı alimlərinin Forumu təxirə salındı

Cəmiyyət Materials 25 May 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gələn ay Türkiyədə keçirilməsi nəzərdə tutulan dünya azərbaycanlı alimlərinin Forumunun vaxtı təxirə salındı. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov cümə günü açıqlama verib.

İbrahimovun sözlərinə görə, bu tədbirin Antalyada yay mövsümündə, turistlərin səfərinin başlandığı bir vaxtda keçirilməsi çətinləşir: "Həmçinin yay aylarında alimlər üçün problem yaranır, çünki bütün ali məktəblərdə imtahanlar dövrüdür. Belə mühüm bir tədbiri dar çərçivədə keçirsək, onun əhəmiyyəti azalar. Ona görə də həmin Forum başqa bir vaxt, ola bilsin ki, Bakıda keçiriləcək".

Xəbər lenti

Xəbər lenti