...

Azərbaycan dövlət orqanlarındakı vakant vəzifələrə təyin edilmək üçün 32 nəfər təqdim edilib

Cəmiyyət Materials 25 May 2007 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Dövlət orqanlarındakı vakant dövlət qulluğu vəzifələrinə keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanmış namizədlərdən 32-si ikinci mərhələdən keçərək vəzifəyə təyin edilmək üçün müvafiq dövlət orqanlarının rəhbərlərinə təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan cümə günü Trend ə bildirilib ki, mayın 8-dən 25-dək 11 dövlət orqanında olan vakant dövlət qulluğu vəzifələrinin tutulmasına iddia edən 191 namizədlə söhbət keçirilib. Bu mərhələdən keçmiş namizədlərdən 9-u Sənaye və Energetika Nazirliyi, 5-i Mədəniyyət və Turizm Nazirliyi, hər biri 3 nəfər olmaqla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 1-i Nəqliyyat Nazirliyinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna müvafiq vəzifələrə təyin olunmaq üçün təqdim olunub.

Adıçəkilən orqanlarla yanaşı Hesablama Palatasında və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada vakant dövlət qulluğu vəzifələrinin tutulmasına iddia edən namizədlərlə də söhbətlər keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilk dəfə olaraq aprelin 28-də 15 dövlət orqanında mövcud olan 189 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün imtahan keçirib. İmtahanda 325 namizəd ikinci mərhələdə iştirak etmək imkanı qazanıb.

Xəbər lenti

Xəbər lenti