...

Beş Azərbaycan cüduoçusunun Olimpiadaya düşmək şansı var

Cəmiyyət Materials 26 May 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Avropa Cüdo Birliyinin reytinqinə əsasən, beş azərbaycanlı cüdoçunun Pekin Oilimpiyadasında iştirak etmək şansı var.

Trend xəbər verir ki, 2008-ci il oyunlarına ən çox reytinq cədvəlində ikinci mövqedə olan Mövlud Mirəliyevin (100 kq) şansı var. Moskvada Dünya Superkuboku və Romada Planet Kubokunda atlet uğurlu çıxış edərək 100 xal toplayıb və seçim oyunları nəticəsində Pekinə vəsiqə qazanacaq idmançıların ilk onluğunda yerini qopruyur.

Ən yaxşılar sırasına gənclər arasınada dünya birinciliyinin sahibi Nicat Sıxəlizadə (60 kq) və Kifayət Qasımova (75 kq), beçinci yerdə qərarlaşmış, həmçinin Avropa-2006 çempionu Elnur Məmmədli və altıncı olan Mehman Əzizov (71 kq) var.

Xəbər lenti

Xəbər lenti