...

Macarıstanın telekanalında "Azərbaycan günü"

Cəmiyyət Materials 26 May 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /müx.TrendLife Fərid Sadıxov/ Mayın 29-da Macarıstanın ictimai yayımçısı olan "Duna" TV kanalının verilişləri Azərbaycana həsr olunacaq. Bu layihə Azərbaycanın İctimai Televiziyası ilə razılaşma əsasında reallaşdırılır. Həmin gün "Duna" televiziyası ölkəmizin folkloru, tarixi, mədəniyyəti, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı film-verilişlər yayımlayacaq. Bu barədə TrendLife-a İctimai Televiziyanın mətbuat xidmətindən məlumat verilib.

"Duna" televiziyası ilə həyata keçirilən bu layihənin Koreya, Almaniya və Polşa televiziyalarında da davam etdirilməsi planlaşdırılır.

Ümumiyyətlə, Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti hazırda Fransanın CFİ, İtaliyanın RAİ, Cənubi Koreyanın KBS, Türkiyənin TRT, Polşanın ictimai televiziyası ilə də əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti