...

İslam dinini təhqir etdiyi üçün məsuliyyətə cəlb olunmuş azərbaycanlı jurnalistlər apellyasiya şikayətini məhkəməyə təqdim edib

Cəmiyyət Materials 29 May 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ İslam dinini və Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün məsuliyyətə cəlb olunmuş jurnalistlər apellyasiya şikayətini məhkəməyə təqdim edib. Səbail Rayon Məhkəməsinin hakimi Yusif Kərimov çərşənbə axşamı Trend ə bildirib ki, "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazarı Rafiq Tağı barələrindəki məhkəmə hökmündən apellyasiya şikayətlərini məhkəməyə təqdim edib. Şikayət həftə ərzində Apellyasiya Məhkəməsinə təqdim olunacaq.

Cinayət Məcəlləsinin 283-cü maddəsi (irqi, milli və dini nifrət və düşmənçiliyin salınması) ilə təqsirləndirilərək ötən ilin noyabrında həbs edilən Sədaqətoğlu 4, Rafiq Tağı 3 il azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilənlər isə məhkəmə prosesində "Avropa və biz" məqaləsində yer almış fikirlərə görə ictimaiyyətdən üzr istəyiblər.

Xəbər lenti

Xəbər lenti