...

"Müxalifət"in baş redaktorunun səhhəti ilə bağlı problem yaranıb

Cəmiyyət Materials 30 May 2007 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bayıldakı İstintaq Təcridxanasında saxlanılan "Müxalifət" qəzetinin baş redaktoru da aclığa başlayacaq. Baş redaktor Rövşən Kəbirlinin vəkili Rəşid Hacılı çərşənbə günü Trend ə bildirib ki, qəzetin əməkdaşı Yaşar Ağazadə artıq dünəndən aclığa başlayıb. Kəbirli səhhəti ilə bağlı problemi olduğundan hələlik aksiyaya qoşulmayıb. Lakin ürəyindəki ağrılar keçəndən sonra o da aclığa başlayacaq. Vəkilin sözlərinə görə, Kəbirli əvvəllər infarkt keçirib. Hazırda onun ürəyində ağrılar başlayıb. Baş redaktor Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün təcridxana rəhbərliyinə müraciət edəcək.

Təqsirləndirilənlər ombudsman Elmira Süleymanova ilə də görüş tələb edirlər. Söz azadlığına qarşı basqılara, qanunsuz həbslərinə etiraz olaraq aclığa başlayan Ağazadə saxlanma şəraitindən də narazıdır. Belə ki, 24 nəfər üçün nəzərdə tutulan kamerada 27 nəfərədək məhbus yerləşdirilib. Jurnalistər ağır cinayətlər törətmiş məhbuslarla birgə havasız, yüksək temperaturlu kamerada saxlanmalarından narazılıq ediblər.

Millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə jurnalistlər Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal Rayon Məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Cəlal Əliyev tərəfindən himayə olunması göstərilib.

Yasamal Rayon Məhkəməsində hakim İsa İsamayılovun sədrliyi ilə "Müxalifət" qəzetinin adıçəkilən məqalə ilə əlaqədar firma rəhbərliyinin baş redaktor Kəbirliyə və qəzetin əməkdaşı Ağazadəyə qarşı mülki iddiası üzrə məhkəmə baxışı keçiriləcək. İddiaçı Kəbirlinin və məqalə müəllifi Yaşar Ağazadənin üzr istəmələrini, Ağazadədən 1 000 000 manat tutulmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti