...

Məhbusun işgəncə nəticəsində həlak olmadığı müəyyənləşib

Cəmiyyət Materials 30 May 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Cəlilabad rayon sakini Vidadi Mirzəyevin mayın 26-da dünyasını dəyişməsi işgəncə faktı ilə bağlı deyil. Bu bəyanatla çərşənbə günü təcridxanada monitorinq keçirən İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov çıxış edib. Onun sözlərinə görə, təcridxanada şahidlərin ifadəsində Mirzəyevin kameraya gətiriləndən yarım saat sonra səhhətinin pisləşdiyi vurğulanıb. Bundan sonra ona tibbi yardım göstərilib və Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə aparılıb. Şahidlər bildiriblər ki, o, infarkt keçirməsi nəticəsində dünyasını dəyişib.

Behbudov təcridxanada saxlanılan digər məhbuslarla da görüşdüyünü və onların polis orqanlarında işgəncələrə məruz qaldıqlarının müəyyənləşdirildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti